XƏBƏRLƏR / Münaqişə

İsrail hərbçiləri girovların saxlandığı HƏMAS tunelini tapıb

Bu barədə TASS məlumat yayıb

İsrail hərbçiləri girovların saxlandığı HƏMAS tunelini tapıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində tunel aşkarlayıblar.

    Bu barədə TASS agentliyi məlumat yayıb .

    D.Həcərinin sözlərinə görə, İDF əsgərləri Xan Yunisdə Həmas terrorçusunun evində dəqiq kəşfiyyat məlumatları əsasında tunelin girişini aşkar ediblər.

    O, əlavə edib ki, tuneldə təxminən 20 metr dərinlikdə mərkəzi kamera aşkar edilib. İDF girovların orada saxlanıldığını güman edir. İçərisində hər birində tualet və döşək olan və barmaqlıqlarla bağlanmış beş dar həbsxana kamerası aşkar olunub.

    İsrail ordusu orada 20-yə yaxın girovun saxlanıldığını düşünür.