İsraildə meşə yanğınları təhlükəli həddə çatır
Güclü külək yanğının söndürülməsinə mane olur və alovun sürətlə yayılmasına kömək edir

İsrail mediası xəbər verir ki, İsrail polisi və yanğınsöndürmə təyyarələrinin dəstəyi ilə çoxsaylı yanğınsöndürmə və xilasetmə qüvvələri Mesilat Sion və Neve Şalom yaşayış məntəqəsi arasında yerləşən Eştaol meşəsində tüğyan edən böyük meşə yanğını ilə mübarizə aparır.
Yanğının sürətlə yayılması ilə əlaqədar bir sıra məskunlaşan məntəqələrin sakinlərinin təxliyəsi barədə qərar qəbul edilib.
Bütün İsrail boyu yanğınsöndürmə idarəsinin əməkdaşlarının təcili səfərbərliyi elan edilib. Günorta saatlarında paytaxt rayonu ərazisində yanğınların söndürülməsinə 65 yanğınsöndürən briqadası, 11 xüsusi təyinatlı təyyarə və iki helikopter cəlb olunub.
Güclü külək yanğının söndürülməsinə mane olur və alovun sürətlə yayılmasına kömək edir.
Müdafiə naziri İsrael Katz İsrail ordusunu yanğınla mübarizədə yanğınsöndürmə qüvvələrinə kömək etmək üçün hər cür səy göstərməyi tapşırıb.