XƏBƏRLƏR / Münaqişə

İsraildə ölənlərin sayı 700-ü keçdi YENİLƏNİR

2,2 mindən çox insan yaralanıb, daha 100-dən çoxu HƏMAS-ın əsirliyindədir

İsraildə ölənlərin sayı 700-ü keçdi YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 21:59

    Fələstinin Həmas hərəkatının hücumları nəticəsində İsraildə ölənlərin sayı 700 nəfəri keçib.

    Bu barədə İsrailin “The Times of Israel” nəşri məlumat yayıb .

    Yenilənmiş məlumatlara görə, 2,2 mindən çox insan yaralanıb, daha 100-dən çoxu HƏMAS-ın əsirliyindədir. 

    Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında ölənlərin sayı 370-ə yüksəlib. 2,2 mindən çox insan yaralanıb.

    ***

    Qəzza zolağından HƏMAS qruplaşmasının hücum nəticəsində İsraildə ölənlərin sayı 600-ü keçib, "Kan" yayım şirkəti xəbər verir. Yerli media yazır ki, diskoteka keçirildiyi ərazidə 200 cəsəd tapılıb.

    HƏMAS hərəkatı bir neçə israilli generalı əsir götürdüyünü iddia edir.