İsraildə zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur
Bu barədə Azərbaycanın İsraildəki səfirliyindən bildirilib
İsraildə yaşayan azərbaycanlılar arasında "qaynar xətt"ə müraciət edənlərin sayı minimaldır.
Bu barədə Azərbaycanın İsraildəki səfirliyindən bildirilib.
"Səfirliyin "qaynar xətt"i 24 saat işləyir. Müraciətlər əsasən ölkədəki ümumi vəziyyət və təyyarə reysləri ilə bağlıdır. Əhali arasında panika yoxdur. Sabah AZAL-ın reysi olacaq. Israir Airlines şirkətinin bu gün, eləcə də 11 və 13 oktyabr tarixlərində reysləri var. İki ölkə arasında hazırda mütəmadi reyslər var", - diplomatik nümayəndəlikdən bildirilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.