XƏBƏRLƏR / Münaqişə

İsrailin 50 qırıcısı Tehranın mərkəzini cəhənnəmə döndərdi

Xameneinin yeraltı komanda mərkəzi olan bunkerinə aramsız zərbələr endirilib VIDEO/FOTO

İsrailin 50 qırıcısı Tehranın mərkəzini cəhənnəmə döndərdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Ayətullah Seyid Əli Xameneinin Tehranda istifadə etdiyi yeraltı hərbi bunkeri hədəf alıb.

    Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. VIDEO1 VIDEO2

    Məlumata görə, əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinin 50 qırıcısı iştirak edib.

    Bildirilib ki, sözügedən obyekt Xamenei və digər yüksək rütbəli hərbi rəsmilərin komanda mərkəzi kimi fəaliyyət göstərib.

    “Bunker İran rəhbərliyinin ən vacib hərbi komandanlıq mərkəzlərindən biri idi. Bunkerin hədəfə alınması rejimin komandanlıq və nəzarət imkanlarını daha da zəiflədir”, - qeyd edilib.