Ukrayna Feodosiya limanında sursatla dolu gəmi məhv etdi
Rusiya tərəfi faktı etiraf etməyə məcbur olub FOTO

Rusiya tərəfindən işğal edilmiş Krımın rəhbəri Sergey Aksyonov Ukrayna Silahlı Qüvvələrinin (USQ) Feodosiya limanı ərazisinə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, partlayışlar səngiyib və yanğın lokallaşdırılıb.
"Bütün müvafiq xidmətlər yerində işləyir. Bir neçə evin sakinləri çıxarılacaq", - Aksyonov yazıb.Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Feodosiya limanında böyük desant gəmisi “Novorossiysk”in vurulduğunu bildirib. Gəmidə çoxlu sayda silah-sürsat və İran istehsalı olan zərbəçi "Şahed" PUA-ları olub. Oleşçukun sözlərinə görə, zərbə Ukrayna aviasiyası tərəfindən həyata keçirilib.