Rusiyanın gəmisinə hücum nəticəsində 33 nəfər itkin düşüb
Ukrayna silahlı qüvvələri Feodosiya limanında “Novoçerkassk” böyük desant gəmisinə hücum etmişdi

Feodosiya limanında “Novoçerkassk” böyük desant gəmisinə hücum nəticəsində 33 dənizçi itkin düşüb, 23 nəfər yaralanıb, 1 nəfər ölüb, ASTRA mənbələrə istinadən xəbər verir.
“Dekabrın 26-na keçən gecə hücum zamanı “Novoçerkassk” böyük desant gəmisində 77 dənizçi olub. Son məlumatlara görə, onlardan 33-ü itkin düşüb. Hücum nəticəsində 64 yaşlı liman mühafizə işçisi Nadejda Tolşçina həlak olub, daha 4 mülki şəxs yaralanıb. Hücum yerində giliz parçaları və Fırtına Kölgəsi raket qoşma nöqtəsi tapılıb. Gəmi tamamilə yanıb və batıb”, - məlumatda deyilir.