Polşa Belarusla sərhədə 10 min hərbçi yerləşdirəcək
İki il ərzində Polşa Avropanın ən güclü quru ordusuna sahib olacaq
Polşanın müdafiə naziri Mariusz Blazshakın sözlərinə görə, 4 min hərbçi sərhədçilərə dəstək verəcək, daha 6 min nəfər ehtiyatda olacaq.
Blazshak onu da bildirib ki, müdafiə sektorunun gücləndirilməsi davam edərsə, iki il ərzində Polşa Avropanın ən güclü quru ordusuna sahib olacaq.
"Xarici qoşunlara pul xərcləməkdənsə, Polşa ordusuna pul xərcləmək daha yaxşıdır", - nazir deyib.
BBC yazır ki, Polşa hakimiyyəti "Vagner" Özəl Hərbi Şirkətinin muzdlularının Belarusda peyda olmasından, həmçinin Belarus hakimiyyətinin əvvəlki il olduğu kimi yenə də qeyri-qanuni immiqrant qruplarını sərhəddən keçirməsi riskindən narahatdır.