XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə tunel tikintisi zamanı türkiyəli fəhlə ölüb

Faktla bağlı prokurorluqda araşdırma aparılır

Kəlbəcərdə tunel tikintisi zamanı türkiyəli fəhlə ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcərdə bədbəxt hadisə baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Toğanalı-Kəlbəcər tunelində qeydə alınıb.

    Sözü gedən tuneldə fəhlə işləyən Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Osman Kaya daş qopması nəticəsində ölüb.

    Faktla bağlı prokurorluqda araşdırma aparılır.