XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə traktor aşdı

Nəticədə sürücü Fariz Tağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb

Kəlbəcərdə traktor aşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər rayonunda traktor aşıb. Hadisə noyabrın 18-də rayon ərazisində qeydə alınıb.

    Belə ki, rayonun Bağlıpəyə kəndi ərazisində aparılan tikinti işlərinə cəlb olunmuş 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor tipli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.