Katrin Kolonna İlham Əliyevlə görüşdən paylaşım edib
Fransanın xarici işlər naziri Şəhidlər Xiyabanını da ziyarət edib FOTO
Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları sosial şəbəkələrdə şərh edib.
“Prezident Əliyevlə uzun və mənalı danışıqlar. Fransa beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir... Etimadın bərpası konkret addımlar tələb edir”, – Kolonna öz Twitter səhifəsində yazıb.
Xanım Kolonna bu gün həmçinin Şəhidlər Xiyabanını da ziyarət edib.