XƏBƏRLƏR / Qalmaqal

Kilian Mbappenin Mao Tzeduna görə başı dərddə

Çin televiziya kanalları İspaniya Super Liqası oyunlarının yayımını dayandırıb

Kilian Mbappenin Mao Tzeduna görə başı dərddə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Real Madrid" klubu Kilian Mbappenin Mao Tzedun haqqındakı şərhinə görə Çin xalqından üzr istəyib.

    Daha əvvəl, Fransanın "The Bridge" verilişinə verdiyi müsahibədə futbolçudan ən sevdiyi mem haqqında soruşulmuşdu. Mbappe belə cavab vermişdi:
    "Kimsə bir qaqaşla mənim videomu düzəldib... Deyəsən, o, Çin diktatoru idi".

    Mbappenin şərhi Çində qəzəbə səbəb olub. Bir neçə Çin brendi "Real Madrid" ulduzu ilə müqavilələrini ləğv edib və televiziya kanalları İspaniya Super Liqası oyunlarının yayımını dayandırıb.

    Mbappe üzr istəyib və Çin Xarici İşlər Nazirliyi "bunu nəzərə aldığını" deyib.