Lənkəranda marketdə partlayış olub YENİLƏNİB
Yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib

13:55
Lənkəranda marketdə baş verən partlayışda yanıq xəsarətləri alan satıcı Bakıya göndərilib.
Bu barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Lənkəranda baş verən partlayış nəticəsində 1 nəfər xəstəxananın təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Xəsarət alanın bədəninin müxtəlif nahiyələrində bir və ikinci dərəcəli termiki yanıq olub. Həmin şəxs müalicəsinin davamı üçün Bakıdakı Yanıq Mərkəzinə göndərilib.
***
Lənkəran rayonunda marketdə partlayış olub.
Hadisə rayonun Şovu kəndində baş verib.
Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.