XƏBƏRLƏR / Hadisə

Lerikdə aramsız yağan qar evin dam örtüyünü uçurub

Hadisə Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb

Lerikdə aramsız yağan qar evin dam örtüyünü uçurub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lerikdə güclü qar nəticəsində evin dam örtüyü uçub.

    Hadisə Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb. Kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb.

    Hadisə barədə müvafiq qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Evdə olan əşyalar çıxarılıb.

    Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb.