BLOQ

Ləyaqət...

Faciənin içində insan öz ləyaqətini necə qoruyur?

Ləyaqət...
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 27 Sentyabr 2020-ci il - tarixin Azərbaycan və azərbaycanlılardan böyük bir imtahan tələb etdiyi gündür. Hər bir müharibə insanın varlığının ən böyük paradoksudur: yaşamaq üçün ölmək, qorumaq üçün məhv etmək, yenidən qurmaq üçün dağıtmaq məcburiyyəti. Bu səbəbdən mən hesab edirəm ki, hər bir müharibə absurddur.

    XX əsrin sonu və XXI əsrin əvvəlində baş verən müharibələrin içtirakçısı kimi mənim üçün ən böyük sual: belə bir faciənin içində insan öz ləyaqətini necə qoruyur?

    Azərbaycan xalqı da bu imtahandan keçdi. O, ölməyi seçmədi – o, yaşamağı seçdi. Torpağa qayıtmaq, yurdunu bərpa etmək - bu, absurdun içində mənanın tapılmasıdır. Çünki absurd həyatın özü kimi, müharibə də hər şeyi sınaqdan keçirdir: insanın mənliyini, azadlığını, möhkəmliyini.

    Amma unutmayaq: qalibiyyət yalnız torpaq üzərində deyil, həm də vicdanda qazanılmalıdır. Əgər düşmənin nifrəti bizdə də nifrət doğursaydı, biz onların əsiri olacaqdıq. Əgər azadlığı qoruyarkən insanlığı itirsəydik, onda azadlıq sadəcə boş bir sözə çevriləcəkdi. Bu səbəbdən Bağanis-Ayrım, Xocalı, Ağdan, Füzuli və digər vəhşilikləri azərbaycanlılar etmədi.

    Şəhidlərin qanı yalnız qisas üçün deyil, həyatın mənası üçün axıdıldı. Onların fədakarlığı yalnız qələbə ilə deyil, ədalətli və azad bir gələcəklə tamamlanmalıdır.
    Absurdun hökm sürdüyü bu dünyada insanı ucaldan tək şey onun öz seçimidir. Biz yaşamağı, azadlığı və ləyaqəti seçdik. Mən inanıram ki, bu seçim bizə həm güc, həm də mənəvi işıq gətirəcək.