XƏBƏRLƏR / İdman

“Ludoqorets”in baş məşqçisi istefa verdi

İki gün əvvəl "Qarabağ" bu bolqar klubunu ağır məğlubiyyətə uğratmışdı

“Ludoqorets”in baş məşqçisi istefa verdi
Georgi Dermendciev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Ludoqorets”də baş məşqçi Georgi Dermendcievlə yollar ayrılıb.

    Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

    Xəbərdə mütəxəssisin “Qarabağ”a Çempionlar Liqasında 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərildiyi bildirilib.

    “Ludoqorets”ə müvəqqəti Zahari Sirakov rəhbərlik edəcək.