XƏBƏRLƏR / Siyasət

Maqdalena Qrono Naxçıvandan Ermənistana gedib

Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşüb

Maqdalena Qrono Naxçıvandan Ermənistana gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

    Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

    Görüş zamanı avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında imzalanmış sazişlər müzakirə olunub. Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gündəliyi üzrə də fikir mübadiləsi aparılıb.

    Xatırladaq ki, Qrono İrəvana səfərdən öncə Naxçıvanın yol infrastrukturu ilə tanış olub.