Masazırda yük maşını yanıb VİDEO

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Abşeron rayonunda avtomobil yanıb.

    Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə rasyonun Masazır qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlər çevik müdaxiləsi sayəsində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət alan olmayıb.

    Avtomobilin digər hissələri yanğından mühafizə olunub.