XƏBƏRLƏR / Din

“Məhəmməd peyğəmbərin həyatı” kitabı Azərbaycan dilində

Kitab BDU-nun şərqşünaslıq fakültəsinin ərəb dili kafedrası tərəfindən tərcümə edilib

“Məhəmməd peyğəmbərin həyatı” kitabı Azərbaycan dilində
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Məhəmməd peyğəmbərin həyatı” kitabı ilk dəfə Azərbaycan dilində təqdim olunub

    Bakıda İslam dünyasının ən mühüm əsərlərindən sayılan Əbdülməlik ibn Hişamın “Əs-Sirə ən-Nəbəviyyə” (Məhəmməd Peyğəmbərin həyatı) kitabının ərəb dilindən Azərbaycan dilinə ilk tərcüməsinin təqdimat mərasimi keçirilib.

    Əsər Məhəmməd peyğəmbərin həyatı, yaradıcılığı və irsindən bəhs edir.

    Kitab BDU-nun şərqşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri, filologiya elmləri doktoru Vüqar Qaradağlının elmi rəhbərliyi ilə tərcümə olunub. Tərcümə üzərində filologiya üzrə fəlsəfə doktoru, BDU-nun şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının dosenti Qeybət Qeybətov və həmin kafedranın müəllimi Mais Ağaverdiyev çalışıblar.