Məmurlara şəxsi avtomobillə işə getməyə qadağan olunub
Qırğızıstan Prezidentinin Administrası tıxacların aradan qaldırması üçün təşəbbüsü dəstəkləyib
Bişkekdə dövlət qulluqçularına şəxsi avtomobilsiz işə getmələri tapşırılıb.
"24.kg" xəbər verir ki, Qırğızıstan Prezidentinin Administrasiyası Bişkek meriyasının bələdiyyə işçilərinin çərşənbə axşamı və cümə axşamı günləri şəxsi avtomobillərdən istifadəsinin məhdudlaşdırılması təşəbbüsünü dəstəkləyib.
Bildirilir ki, bütün əməkdaşlara ictimai nəqliyyatdan istifadə ilə bağlı tövsiyə ilə nazirlik və idarələrə müvafiq göstəriş göndərilib.
Bu təşəbbüs şəhərdə nəqliyyat vəziyyətinin yaxşılaşdırılması, ictimai nəqliyyata tələbatın artırılması və yollarda sıxlığın azaldılması məqsədi daşıyır.