BLOQ

Məryəm də gəldi... Mehdi gəlmədi...

"Turetski Məryəm" ərdə olmadan yenidən İsa dünyaya gətirəcək?

Məryəm də gəldi... Mehdi gəlmədi...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Türkiyə mediyasını zəbt edən xəbərlərdən biri bir cavan qadının özünü həzrət Məryəm elan edərək "müridləri" ilə birlikdə məscid və ziyarətgahları gəzməyə başlamasıdır. Amma ən maraqlısı və təəccüb doğuran başqa məsələ də var. O da Mehdinin qeyb və zühuruna inananların buna etiraz etməməsidir. Bəs nə oldu, Mehdi və İsa gələcəkdi? Məryəmin özünə nə oldu ki, bir başqası onun adından gəldi? İndi tutaq ki Mehdi və İsa qeybdədir. Axı Məryəm bunu yaşamadı!

    Kim Türkiyədə və ya başqa yerdə özünü cərrah, ürək həkimi, ya xarici işlər naziri elan etsə, dərhal haqqında tədbir görülər. Amma səfehin biri din adından ağlına gələni edir və Türkiyənin din işlər idarəsi olan Dəyanət Vakfı bir tədbir görmür. Necə ki, bizim özümüzdə də özünü peyğəmbər və imam adlandıran az olmayıb. Amma Qafqaz Müsəlmanları İdarəsi tərəfindən haqlarında bir tədbir görülmədi. Lakin mən sabah durub özümü filan məscidin imamı, ya axundu elan etsəm, dərhal haqqımda tədbir görüləcək. Deməli, özünü axund və ya imam elan etmək imam və peyğəmbər elan etməkdən daha ciddi məsələdir.

    İndi qayıdaq yenə "Turetski Məryəm"ə, o da ərdə olmadan yenidən İsa dünyaya gətirəcəkmi?


    Yaşayarıq, görərik...