XƏBƏRLƏR / Kriminal

MİDA mənzillərinin qanunsuz satışını təşkil edənlər tutulub

DİN xəbər verir

MİDA mənzillərinin qanunsuz satışını təşkil edənlər tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

    Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.