ML-da "Filenin sultanları"nın rəqibləri müəyyənləşib
Türkiyə voleybol üzrə qadın yığmasının oyun cədvəlini "TRT Haber" yayıb
Türkiyə Voleybol Federasiyasının məlumatına görə, milli komanda 19 komandanın iştirak edəcəyi Millətlər Liqasında üç həftə ərzində üç fərqli mərhələdə mübarizə aparacaq.
Millətlər Liqasının hazırkı çempionu olan Türkiyə komandası ilk oyununu 2-6 iyun tarixlərində Çində, ikinci oyununu 16-20 iyun tarixlərində Hollandiyada, üçüncü oyununu isə 7-11 iyul tarixlərində Türkiyədə keçirəcək.
Bu mərhələlərdən sonra turnir cədvəlində ilk 8 komanda 21-25 iyul tarixlərində keçiriləcək 2027-ci il FIVB Voleybol Millətlər Liqası finalına vəsiqə qazanacaq.
Türkiyə Qadınlar Milli Voleybol Komandasının 2027-ci il FIVB Voleybol Millətlər Liqasındakı qrupları aşağıdakı kimidir:
1-ci həftə (Çin): Türkiyə, Çin, Yaponiya, Tayland, ABŞ, Sloveniya
2-ci həftə (Hollandiya): Türkiyə, Hollandiya, İtaliya, Ukrayna, Almaniya, Sloveniya
3-cü həftə (Türkiyə): Türkiyə, Rusiya, Fransa, Polşa, Çexiya, Belçika, Sloveniya
Rəqiblər:
Türkiyə hər mərhələdə dörd olmaqla, cəmi 12 oyun keçirəcək. Türkiyə milli komandasının mərhələlərdə qarşılaşacağı rəqiblər aşağıdakılardır:
1-ci həftə (Çin): Türkiyə-Tailand, Türkiyə-ABŞ, Türkiyə-Çin, Türkiyə-Yaponiya
2-ci həftə (Hollandiya): Türkiyə-Almaniya, Türkiyə-Ukrayna, Türkiyə-İtaliya, Türkiyə-Hollandiya
3-cü həftə (Türkiyə): Türkiyə-Belçika, Türkiyə-Fransa, Türkiyə-Polşa, Türkiyə-Rusiya
Oyun tarixləri və saatları FIVB tərəfindən daha sonra açıqlanacaq.
1 dəqiqə