Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetini ziyarət edib.
Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetini və Yaxın Şərq və Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzini ziyarət edib.

Tərəflər hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim mübadiləsi, zabit və serjant təliminin təkmilləşdirilməsi və süni intellektdən istifadə edərək hərbi simulyasiyaların birgə hazırlanması məsələlərini müzakirə ediblər. Xüsusi diqqət Azərbaycanın hərbi təhsil sistemində islahatlara və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə yönəldilib.
Görüşlərdən sonra planlaşdırılan birgə fəaliyyətlərin həyata keçirilməsi barədə razılıq əldə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində (National Defense University - NDU) və Yaxın Şərq - Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində (Near East South Asia Center for Strategic Studies - NESA) olub.
1 dəqiqə