Nəticələri etibarsız sayılan seçki məntəqələri
Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib
Mərkəzi Seçki Komissiyası (MSK) bir sıra seçki məntəqələrinin nəticələrini etibarsız sayıb.
Bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Məlumata görə, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı məntəqəsi, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı seçki məntəqələri, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı seçki məntəqəsi, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı seçki məntəqəsi, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı seçki məntəqələri, 92 saylı Göyçay–Ağdaş seçki dairəsinin 6 saylı seçki məntəqəsi, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı məntəqəsi, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 və 115 saylı Şəki kənd seçki dairəsi üzrə 6 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılıb və sözügedən seçki məntəqələrinin komissiyaları buraxılıb.
MSK sədrinin müavini deyib ki, nəticələri etibarsız sayılan seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib.
Seçkilərin nəticələri protokollar nəzərə alınaraq hesablanacaq.