XƏBƏRLƏR / Siyasət

Nikol Paşinyan Ermənistanın Rusiya ilə münasibətləri haqda

Ermənistanın Baş naziri məsələyə seçkiqabağı təbliğat çərçivəsində toxunub

Nikol Paşinyan Ermənistanın Rusiya ilə münasibətləri haqda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Nikol Paşinyan Ermənistanın Rusiya ilə münasibətlərinə toxunub:

    "Mənim Rusiya Prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri təxminən 200 telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox istidir.

    Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır. Mən Rusiya, Prezident Putin və Baş nazir Mişustin haqqında belə düşünürəm. Onlara deyirəm ki, biz Rusiyanın maraqlarına xələl gətirəcək heç nə etməmişik və etməyəcəyik".