XƏBƏRLƏR / Hadisə

Ordubadda yasa gedən avtobus aşıb: 11 nəfər yaralanıb

YENİLƏNİB

Ordubadda yasa gedən avtobus aşıb: 11 nəfər yaralanıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:51

    Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

    Bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Millət Hacıyev bildirib.

    Onun sözlərinə görə, xəsarət alan 11 nəfərin hamısı ətraflı müayinədən keçirilib. Hazırda onların bir qismi həkim nəzarətində saxlanılır, digərləri isə evə buraxılıb.

    Millət Hacıyev qeyd edib ki, xəstələr arasında vəziyyəti ağır olan yoxdur. Ümumilikdə, bir nəfərdə travmatik zədə aşkarlanıb, digər şəxslərin xəsarətləri isə yüngül xarakter daşıyır.

    ***

    17:15


    Ordubad rayonunda avtobusun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub.

    Hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyeva xəsarət alıblar.

    İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar. Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir.

    ***

    Ordubad rayonunda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər xəsarət alıb.

    Yol-nəqliyyat hadisəsi rayonun Dırnıs kəndində baş verib.

    Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.