Oyunçu aparsın!
Makronun partiyasının Avropa Parlamenti seçkilərində sarsıdıcı məğlubiyyətinin fəsadları
Fransa Prezidenti Emmanuel Makron partiyasının Avropa Parlamenti seçkilərində sarsıdıcı məğlubiyyəti fonunda ölkə Milli Assambleyasını buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəlib.
"Trend"in məlumatına görə, bunu Fransa Prezidenti televiziya ilə xalqa müraciəti zamanı deyib.
"Mən növbədənkənar parlament seçkilərini təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək", - Makron bildirib.
Necə deyərlər: Oyunçu aparsın!