Pandemiya ləğv olundu
Bu barədə təşkilatın baş katibi Tedros Adhanom Qebreyesus məlumat verib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası statusunu ləğv edib. Bu barədə təşkilatın baş katibi Tedros Adhanom Qebreyesus məlumat verib.
ÜST rəhbəri bildirib ki, pandemiyanın başlanğıcından bəri ən azı 20 milyon insan COVID-19 virusundan dünyasını dəyişib.
Xatırladaq ki, təşkilat 30 yanvar 2020-ci ildə dünyada koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət, martın 11-də isə pandemiya elan etmişdi.