XƏBƏRLƏR / İdman

Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurub

Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:39

    Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.

    74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi - Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.

    O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    ***

    14:45

    Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

    74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.

    Görüşdə güləşçimiz rəqibinə 3:4 hesabı ilə məğlub olub. Valiyev finala vəsiqə qazansa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.