XƏBƏRLƏR / Qonşular

"Sülh Gürcüstan, İran və Türkiyənin dəstəyi ilə mümkündür"

Bunu Paşinyan Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi brifinqdə deyib

"Sülh Gürcüstan, İran və Türkiyənin dəstəyi ilə mümkündür"
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 16:40

    "Mən şadam ki, Gürcüstanla Ermənistan arasında strateji əməkdaşlıq formalaşıb." Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze sentyabrın 16-da Tbilisidə Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla danışıqlardan sonra birgə mətbuat konfransında deyib.

    “Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini, xüsusən də Ermənistanın qonşu ölkələrlə münasibətləri normallaşdırmaq səylərini alqışlayır. Biz regionda sülhün və sabitliyin təmin edilməsində rol oynamağa hazırıq”, - deyə Gürcüstanın baş naziri bildirib.

    Ermənistan baş naziri Nikol Paşinyan Tbilisiyə rəsmi səfəri çərçivəsində həmkarı İrakli Kobaxidze ilə mətbuata açıqlama ilə çıxış ediblər.

    Nikol Paşinyan İrakli Kobaxidze ilə keçirdiyi brifinqdə deyib ki, regionda sülh Gürcüstan, İran və Türkiyənin dəstəyi ilə mümkündür.
    Əminəm ki, bu sülhdən bəhrələnənlər təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran olacaq.

    Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycan sülh razılaşmasının mətninin 80 faizini razılaşdırıb.

    O, sərhədlərin delimitasiyası məsələsində də müəyyən irəliləyiş əldə olunduğunu qeyd edib.

    ***

    16:17

    Ermənistan baş naziri Nikol Paşinyan Tbilisiyə rəsmi səfəri çərçivəsində həmkarı İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib.

    Tərəflər regionda mövcud dinamikanı, iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər. Gürcüstanın hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstanın Cənubi Qafqazda dinc birgəyaşayışı qətiyyətlə dəstəklədiyi qeyd olunub. Bu xüsusda regiondakı çağırışların həlli prosesində birgə səylərin vacibliyi vurğulanıb. “Gürcüstan regionda sülhün və sabitliyin təmin olunması üçün gələcəkdə də müsbət rol oynamağa hazırdır”, - məlumatda qeyd olunub.

    Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Tərəflər birbaşa xarici investisiyaların cəlb edilməsi, enerji, nəqliyyat, turizm, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    ***

    14:21

    Ermənistanın Baş nazir Nikol Paşinyan Gürcüstana rəsmi səfərə gəlib.

    Paşinyan Tbilisidə həmkarı İrakli Kobaxidze ilə görüşüb.

    Tərəflər hökumət administrasiyasında keçirilən təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata birgə açıqlama verəcəklər.

    ***

    11:34

    Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da Gürcüstana rəsmi səfərə gəlir.

    Paşinyanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze qəbul edəcək. Geniş tərkibdə ayrıca görüşlər keçiriləcək, bundan sonra hökumət başçıları mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.