XƏBƏRLƏR / Qonşular

Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək

Bu barədə Ermənistan mediası məlumat yayıb

Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    O, Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək.

    Qeyd edək ki, COP31 noyabrın 9-da başlayıb və ayın 20-dək davam edəcək. Konfrans çərçivəsində noyabrın 11-12-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək.