Paşinyan və Vens nüvə enerjisi sahəsində saziş imzalayıblar
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti C.D. Vens danışıqlar prosesini yekunlaşdıran birgə bəyanat imzaladılar.
Sənəd iki ölkə arasında nüvə enerjisi sahəsində gələcək strateji əməkdaşlığın hüquqi əsasını təşkil edir.
Vens çıxışında qeyd edib ki:
"Ölkəmiz çox nadir hallarda öz texnologiyalarını digər ölkələrə ötürmək qərarına gəlir. Ermənistana gəldikdə isə, Baş nazirinizin rəhbərliyi altında həyata keçirilən mövqe və siyasət sayəsində buna əminik."
"TRIPP fondu Ermənistana əhəmiyyətli dərəcədə özəl kapital yönəldəcək. İlkin investisiyalar 5 milyard dollar təşkil edir, ikinci mərhələdə isə daha 4 milyard dollar investisiya qoyulması planlaşdırılır. Ermənistana 11 milyon dollar dəyərində pilotsuz kəşfiyyat texnologiyasının satışı da təsdiqlənib."
"Biz təkcə Ermənistan üçün sülh deyil, həm də ABŞ ilə birlikdə rifah qururuq", - deyə ABŞ-ın vitse-prezidenti C.D.Vans bildirib.
1 dəqiqə