Paşinyan Ermənistanın Konstitusiyasını dəyişmək istəyir
Bunu o, Ədliyyə Nazirliyində keçirdiyi iclasda deyib
Ermənistana yeni Konstitusiya lazımdır - Paşinyan.
Baş nazir Nikol Paşinyan nazirliyin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatı müzakirə etmək üçün Ədliyyə Nazirliyində olub.
Paşinyan çıxışında qeyd edib ki, Ermənistan Respublikasında heç bir şübhə yaratmayan səsvermənin nəticələrinə əsasən Ermənistan Respublikasının xalqı tərəfindən qəbul ediləcək Konstitusiya olmalıdır.
“Bizim Ermənistan Respublikasını yeni geosiyasi və regional şəraitdə daha rəqabətədavamlı və həyat qabiliyyətli Konstitusiyamız olmalıdır”, - deyə baş nazir qeyd edib.
Qeyd edək ki, hal-hazırdakı Ermənistan Konstitusiyasında "Dağlıq Qarabağ"ın Ermənistana aid olması haqda ziddiyyətli müddəalar var.