Paşinyan Putinə zəng edib... Deyirlər, Araikin xahişi ilə onun məktubunu oxuyub...
Ermənistanın Təhlükəsizlik Şurasının katibi ABŞ-da, Paşinyan isə Putinə zəng edir...
Və bu fəaliığn mahiyyəti nədir?
Qarabağ!
Ağlınızı itirmisiniz?!Sizin öz ermənilərinizə yazığınız gəlmir?!
Putinə zəng edib Qarabağı müzakirə etmək Paşinyanın ən böyük səhvidir, çünki bunun ağrı-acısını Qarabağdakı erməni hərbçilər çəkəcək!
Rusiya və ABŞ paytaxtlarında şikayət etməməkdənsə, siz gərək Azərbaycan Prezidentinə zəng edib şərtləri gəbul edib razılığa gələsiz.
Biz isə Azərbaycanı Qoşulmama Hərəkatının platformasından istifadə etməkdə ittiham edən Ermənistan xarici işlər nazirliyinə tövsiyə edirik ki, Azərbaycana qarşı sanksiya tələb edən avropalı siyasətçilərin qapısını döyən siyasətbazlarınıza diqqət yetirsinlər.
Görünür, biz Ermənistana qarşı ərazi iddiası formalaşdırmaq spiralında gedirik. Sülh sazişinin əldə olunması üçün Qarabağda hərbi mövzunun bağlanması zərurətə çevrilir.
Qarabağın demilitarizasiyasından sonra sülh müqaviləsində irəliləyiş olmadığı halda, biz daha da irəli gedib Qərbi Zəngəzur və Göyçənin kimə məxsusluğunu mübahisələndirməli olacağıq.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Əgər Ermənistan 29 min kv.kilometr ərazidə sülh şəraitində yaşamaq istəsə, onda Ermənistan Azərbaycanın şərtini qəbul etməlidir”.