BLOQ

PKK-nın özünüləğvi çox mühüm hadisədir

Terror təşkilatlarının leqallaşdırılması, siyasi yollara keçid prosesi başqa yerlərdə də müşahidə olunub

PKK-nın özünüləğvi çox mühüm hadisədir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Nə mühüm hadisə: Kürdüstan Fəhlə Partiyasının özünü ləğv etməsi.

    Əvvəlcə o, fəhlə və marksist partiyası idi: pulu sosialist ölkələri verirdi. Sosialist bloku gorbagor oldu, dünya proletariatının ideyaları isə unuduldu. Buna baxmayaraq sponsorlar tapıldı. Bu dəfə liberal azadlıq ideyası adına.

    Mərhum Baş nazir Bülənt Ecevit başda olmaqla hökumət Öcalanın Keniyada saxlandığını elan edəndə mən aspirant idim.


    İndi isə ən azı kağız üzərində PKK artıq yoxdur. Tərkisilsah prosesi və yeni qrupların yaranması bundan sonra da müşahidə olunacaq.

    Ümumiyyətlə, terror təşkilatlarının leqallaşdırılması, siyasi yollara keçid prosesi başqa yerlərdə də müşahidə olunub. Şimali İrlandiyada da belə oldu.

    Görünən odur ki, EÖİ (Emek və Özgürlük İttifağı) indi siyasət çərçivəsində mübarizə aparacaq. Onların kürd hüquqlarından başqa da geniş gündəmləri var: müxtəlif azlıqlar, kollektiv hüquqlar, niyə də olmasın. Əsas odur ki, daha qan tökülməsin. Region daha yaxşı şəraiti olan bir yerə çevrilir.