Putin mayın 20-də Çinə bir günlük səfər edəcək
Bu barədə "South China Morning Post" qəzeti yazır
Rusiya Prezidenti Vladimir Putin mayın 20-də Çinə bir günlük səfər edəcək - "South China Morning Post"
Nəşrin mənbələrinə görə, səfər Moskva və Pekin arasında "adi təmasların bir hissəsi" olduğundan rəsmi görüş gözlənilmir.
Həmçinin qeyd olunur ki, bu, Çinin iki güc ölkəsinin (ABŞ və Rusiya) liderləri ilə eyni ayda çoxtərəfli kontekstdən kənarda ilk dəfə görüşməsi olacaq. Mənbələr vurğulayırlar ki, "bu, Pekinin hər iki ölkə ilə əlaqələri idarə etmək və getdikcə parçalanan qlobal nizamda özünü əsas güc kimi göstərmək səylərini əks etdirir".
Xatırladaq ki, ABŞ Prezidenti Tramp 14-15 mayda Çinə səfər edib. O, artıq Çini tərk edib.
1 dəqiqədən az