Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi?
Lukaşenko Putinlə ikigünlük görüşün ardınca dərhal Çinə yollandı.
“Batkanı” qəbul edən yoldaş Si heç bir eyham-filan vurmadan, birbaşa bəyan etdi ki, Pekin Minskin öz dövlət suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq əzmini tam dəstəkləyir.
Görünən odur ki, bu mesaj heç də vaxtilə Rusiya ordusunun Ukrayna torpaqlarında törretdiyi terrora rəvac verən hərbi infrastrukturun fəaliyyətinə son qoyulmasını tələb edən Kiyevə ünvanlanmayıb. Onsuz da həmin tələb yerinə yetirilib: Ukrayna ilə həmsərhəd bölgələrdə PUA-lar üçün nəzərdə tutulan retranslyatorlar çoxdan söndürülüb.
Çinin bu xəbərdarlığı birbaşa Moskvaya və şəxsən Lukaşenkonu müharibə bataqlığına daha dərindən çəkmək eşqinə düşən Putinə yönəlib.
Çin nümayiş etdirir ki, Belarus onun Avropadakı "aviadaşıyıcısıdır". Xoşbəxtlikdən, bu "aviadaşıyıcı" heç də batmaz deyil və bunu hamı gözəl anlayır. Sadəcə, yoldaş Si prosesə şəxsən müdaxilə etmək və ortaya kəskin mövqe qoymaq məcburiyyətində qaldı.
İndi ən maraqlısı budur: görəsən, Putin Pekinin sözünü yerə salmağa cürət edəcəkmi?
1 dəqiqə