XƏBƏRLƏR / Qonşular

Putin yenə Prezident olmaq istəyir

2024-cü ilin 17 martında Rusiya Federasiyasında Prezident seçkiləri keçiriləcək

Putin yenə Prezident olmaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Vladimir Putin 2024-cü ildə keçiriləcək seçkilərdə Rusiya Federasiyasının Prezidenti postuna namizədliyini irəli sürəcək.

    Rusiya Prezidenti bunu Rusiya qəhrəmanlarının mükafatlandırma mərasimində elan edib.

    Qeyd edək ki, bu gün Rusiya MSK səsvermə tarixlərini təsdiqləyib. Rusiyada ilk dəfə prezident seçkiləri üç gün olacaq. Belə ki, seçkilər martın 15-dən 17-dək keçiriləcək.