XƏBƏRLƏR / Qonşular

“Qanuni oğrular”ın rəhbəri yaxalandı

İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirov İstanbulda tutulub

“Qanuni oğrular”ın rəhbəri yaxalandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan və mavi bülletenlə axtarılan Şamil Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə yaxalanıb.

    Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib.

    İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirov İstanbulda tutulub.

    Nazir bildirib ki, beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaq: “Onların nəfəsini kəsəcəyik...”.