XƏBƏRLƏR / Kriminal

Qanunsuz yolla gətirilmiş dərman vasitələri tutulub

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir

Qanunsuz yolla gətirilmiş dərman vasitələri tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44 335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir.

    Bununla da, DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.