Qanunsuz yolla Gürcüstana keçmək istəyənlər saxlanıldı
Bu barədə DSX məlumat yayıb
Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.