XƏBƏRLƏR / İdman

"Qarabağ" "Sabah"a uduzdu BİRBAŞA

Futbol üzrə Azərbaycan Kubokunun qalibi "Sabah"dır YENİLƏNİB

"Qarabağ" "Sabah"a uduzdu BİRBAŞA
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 21:55

    Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

    Final oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda "Sabah" sevinən tərəf olub.

    Görüşdə hesab 36-cı dəqiqədə açılıb. Bakı klubunun heyətində Pavol Şafranko penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Toral Bayramov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Əvəzində 45+1-ci dəqiqədə onun komanda yoldaşı Kadi Borges hesabı bərabərləşdirib.

    57-ci dəqiqədə Şafranko da penaltini boşa verib. 67-ci dəqiqədə "bayquşlar"ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub. Paytaxt klubundan Kahim Parris 90+6-cı dəqiqədə fərqlənərək tarazlığı bərpa edib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. 119-cu dəqiqədə "Sabah"ın futbolçusu Tellur Mütəllimov qələbə qolunu vurub.

    Komanda növbəti il Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək.

    ***

    BİRBAŞA

    Hesab "Sabah"ın xeyrinədir: 3:2.

    ***

    09:06

    Futbol üzrə Azərbaycan Kubokunun final oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər.

    Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.

    Azərbaycan Kuboku
    Final
    31 may
    19:00. “Qarabağ” – “Sabah”

    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
    VAR: Nicat İsmayıllı.
    AVAR: Fərid Hacıyev.
    Ehtiyat köməkçi hakim: Cəmil Quliyev.
    Hakim-inspektor: Gülağa Cabarov.
    AFFA nümayəndəsi: Elçin Məmmədov.
    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu