XƏBƏRLƏR / İdman

“Qarabağ” səfərdə “Benfika”ya 3:2 qalib gəldi

2:0 hesabı ılə uduzan”köhlən atlar”güclü rəqibə 3 cavabsız qol vura bildilər

“Qarabağ” səfərdə “Benfika”ya 3:2 qalib gəldi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə səfərdə Portuqaliya çempionu "Benfika" üzərində qələbə ilə başladı!

    Oyunun 16-cı dəqiqəsində 2::0 uduzan Qurban Qurbanovun komandası "Benfika"nı və Portuqaliya azarkeşlərini şoka saldı!

    "Benfika" azarkeşləri "Qarabağ"a məğlub olan komandalarını protesto ediblər, baş məşqçi və klub prezidentini istefaya səsləyiblər.

    BENFİKA (Portuqaliya) – QARABAĞ (Azərbaycan) – 2:3 (2:1)
    Barrenechea, 6 (1:0), Pavlidis, 16 (2:0), Andrade, 30 (2:1), Duran, 48 (2:2), Kaşçuk, 86 (2:3)

    Qurban Qurbanov: "Qarabağ" futbolçularının özünə inamı qələbə qazanmağa kömək edib.

    "Futbolçularımı bu uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyirimzə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir".