XƏBƏRLƏR / Təbiət

Qaradağda palçıq vulkanı püskürüb

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib

Qaradağda palçıq vulkanı püskürüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

    Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, püskürmə mərkəzin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

    Püskürmə bir faza ilə xarakterizə olunub və onun davamlığı 15 dəqiqə davam edib.

    "Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2 km dərinlikdə qeydə alınıb", - deyə məlumatda qeyd olunub.