XƏBƏRLƏR / Kriminal

Qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb

Ölüm faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır

Qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb.

    Saxlanılan şəxs ötən gecə yerləşdiyi təkadamlıq kameranın çarpayısının ikinci mərtəbəsindən  özünü başı üstə yerə atıb. Bununla bağlı o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib və xəstəxanada vəfat edib.

    Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs fevralın 3-də saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. 

    Respublika Neyrocərrahiyyə Xəstəxanası: “Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.

    Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, onun fevralın 4-də 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb".

    Ölüm faktı ilə bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.