Qatarın paytaxtı Dohada İsrail HƏMAS-ın liderlərini ovlayır
Qətər XİN: "İsrailin qorxaq hücumu bütün beynəlxalq qanunları açıq şəkildə pozur" YENILƏNIB

17:44
Qətər Xarici İşlər Nazirliyi İsrailin Dohada HƏMAS-ın nəzarətində olan yaşayış binalarına raket hücumlarını pisləyib və bildirib ki, "İsrailin qorxaq hücumu bütün beynəlxalq qanunları açıq şəkildə pozur".
***
17:09
Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.
Bu barədə “Reuters“ məlumat yayıb: "Qətərin Doha şəhərində bir neçə partlayış səsi eşidilib, Axios HƏMAS rəsmilərinə qarşı sui-qəsd cəhdinin olduğunu bildirib.
Şahidlərin bildirdiyinə görə, çərşənbə axşamı Qətərin Doha şəhərində bir neçə partlayış səsi eşidilib.
"Axios"un müxbiri Barak Ravid İsrail rəsmilərinə istinadən bildirib ki, Dohada baş verən partlayış HƏMAS rəsmilərinə qarşı sui-qəsddir.
Hadisə şahidi bildirib ki, paytaxtın Katara rayonu üzərində tüstü qalxıb.
Məlumatlara görə, İsrail HƏMAS hərəkatının liderlərindən birini zərərsizləşdirmək üçün Dohaya zərbə endirib.
Əl-Cəzirə xəbər verir ki, yahudi dövlətinin Dohaya endirdiyi zərbə Trampın təklifi ilə bağlı danışıqlar aparan və müzakirə edən HƏMAS heyətini hədəfə alıb.
İsrailin hücumunun əsas hədəfi HƏMAS lideri Xəlil əl-Hayya olub.
ABŞ Prezidenti Donald Tramp Qətərdə HAMAS rəhbərliyini vurmaq üçün İsrailə "yaşıl işıq" yandırıb. Bu barədə İsrailin yüksək rütbəli rəsmisi "Kanal 12"yə bildirib.