XƏBƏRLƏR / Təbiət

Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub

44 nəfər xəsarət alıb

Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 08:49

    Qazaxıstanda 6,7 maqnitudalı zəlzələdə 44 nəfər xəsarət alıb.

    ***

    Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub.

    Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

    Yeraltı təkanlar Almatı şəhərində 4 maqnituda da hiss edilib.

    Bir çox şəhər sakini kifayət qədər güclü təkan hiss etdikdən sonra evlərini tərk edib.

    Respublika Fövqəladə Hallar Nazirliyinin Milli Elmi Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi 10-dan çox yeraltı təkan olduğunu bildirib.

    Qazaxıstana eniş etməli olan 4 təyyarə zəlzələ səbəbindən Almatı hava limanına vaxtında enə bilməyib.

    Almatıda binanın ikinci və üçüncü mərtəbələrindən tullanan səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.