XƏBƏRLƏR / Seçki

Qırğızıstanda seçici fəallığı 36,9% təşkil edib

Bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası xəbər verib

Qırğızıstanda seçici fəallığı 36,9% təşkil edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərində ölkə ərazisində bülletenlərin 100%-nin işlənməsindən sonra seçici fəallığı 36,9% təşkil edib.

    Bu barədə respublikanın Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumatda bildirilir.

    Məlumata görə, ümumilikdə 1 584 446 nəfər səs verib. 2021-ci il parlament seçkilərində isə seçici fəallığı 34,94% olmuşdu.

    Mövcud seçkilərdə iştirak üçün minimum hədd nəzərdə tutulmayıb. Seçki səs verənlərin sayından asılı olmayaraq, baş tutmuş hesab ediləcək.

    Bununla yanaşı, xaricdəki seçki məntəqələrində səsvermə hələ də davam edir.

    "Sonuncu səsvermə mərhələsi 1 dekabr saat 10:00-da (Bakı vaxtı ilə 12:00) ABŞ-nin San-Fransisko şəhərində yerləşən seçki məntəqəsində başa çatacaq", – Qırğızıstanın Xarici İşlər Nazirliyi daha əvvəl bildirib.