Qırğızlarla taciklər arasında kütləvi dava
Bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb
Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının sakinləri arasında münaqişə olub.
Bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Vorux anklavına gedən yolda baş verib.
Məlumata görə, sürücülər arasında münaqişə kütləvi dava ilə nəticələnib.
Qırğızıstan Sərhəd Xidməti münaqişənin başlamasında Tacikistan vətəndaşlarını günahlandırıb. Bildirilib ki, Xocai-Aalo kəndinin sakinləri daha sonra hadisə yerinə gələn Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşına hücum edib, onları döyməyə çalışıblar. Bundan əlavə, nazirlik əməkdaşlarının olduğu maşının şüşələri sındırılıb.
Hazırda iki ölkənin sərhədçiləri vəziyyəti sakitləşdirmək üçün danışıqlar aparır.